Gürcüstan XİN:"Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımırıq"
(9-09-2019, 18:22)

Gürcüstan XİN:"Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımırıq"Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən seçkilərlə bağlı bəyanat yayıb.

Qurumun rəsmi internet saytında yerləşdirilən bəyanatda Gürcüstanın Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan suveren sərhədlərinə hörmət etdiyi bildirilib.

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən Gürcüstan XİN 8 sentyabr 2019-cu ildə Dağlıq Qarabağda keçirilmiş qondarma “yerli özünüidarəetmə seçkilərini” tanımır. Gürcüstan XİN beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq və beynəlxalq birliyin iştirakı ilə münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”, – deyə bəyanatda bildirilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac