Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək –Nyu-Yorkda
(23-09-2019, 11:58)

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək –Nyu-YorkdaBu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib. (Report)


Ana səhifəyə qayıt
    Oxunub: 609

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac