XİN başçısı:"Azərbaycanda dərin iqtisadi islahatlar proqramı hazırlanır"
(25-09-2019, 17:11)

XİN başçısı:"Azərbaycanda dərin iqtisadi islahatlar proqramı hazırlanır"“Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində keçirilən “2019 Xəzər Biznes Forumu”nda deyib.

“İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək.

Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb.

Ümumilikdə, əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək”, – Məmmədyarov deyib.


Ana səhifəyə qayıt
    Oxunub: 522

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac