“Azərbaycanla Ermənistan arasında gərginliyin azalması müsbət haldır” –ATƏT-in Baş katibi
(27-09-2019, 16:02)

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.
“Baş katibin xahişi ilə Ermənistan Xarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin hazırkı vəziyyəti, xüsusən də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü barədə T. Qremingerə məlumat verib. Tərəflər son aylarda gərginliyin nisbi azalmasını müsbət qiymətləndiriblər. Etibar atmosferini formalaşdırmaq üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyi, keçmişdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi vurğulanıb”, – deyə Ermənistan XİN-in məlumatında bildirilib. (apa)