Slovakiyanın Azərbaycanda səfirliyi açılıb –XİN-də görüş
(1-10-2019, 17:30)

XİN-dən verilən məlumata görə, görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanan notanı Pərvin Mirzəzadəyə təqdim edib.
Notada bildirilib ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.