MSK-da iclas:daha bir partiya bələdiyyə seçkilərində iştirak edəcək
(7-11-2019, 15:20)

MSK-da iclas:daha bir partiya bələdiyyə seçkilərində iştirak edəcəkMSK-nın bu gün keçirilən iclasında Azərbaycanda dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

Qanun-namine.info MSK-ya istinadla xəbər verir ki, iclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 12-yə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, “Ana Vətən” Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac