“Bələdiyyə seçkilərində 35 min namizəd qeydiyyatdan keçib”- MSK-dan açıqlama
(20-11-2019, 10:35)

“Bələdiyyə seçkilərində 35 min namizəd qeydiyyatdan keçib”- MSK-dan açıqlama”Dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına 42625 iddiaçı bildiriş verib”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib. MSK sədr müavini deyib ki, həmin şəxslərdən 35 min 574 nəfəri namizəd kimi qeydiyyatdan keçib:

“Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımdır. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını isə gəncdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd kimi qeydiyyata alınıb”


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac