Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
(4-12-2019, 09:33)

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaqBu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryan arasında görüş olacaq.

Qanun-namine.info xəbər verir ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər.

Qeyd edək ki, dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac