Qarabağa səfər edən isveçrəli kosmonavt XİN-ə məktub yazdı –Klod Nikolyenin adı "qara siyahı"dan çıxarıldı
(9-01-2020, 09:43)

Qarabağa səfər edən isveçrəli kosmonavt XİN-ə məktub yazdı –Klod Nikolyenin adı "qara siyahı"dan çıxarıldıİsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Qanun-namine.info XİN-ə istinadla xəbər verir ki, məktubunda Klod Nikolye Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac