Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb
(10-01-2020, 11:15)

Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıbAzərbaycanda bu ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb.

Qanun-namine.info xəbər verir ki, seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı 5 212 902 nəfərdir. Onların 2 563 261 nəfəri (49,17 %) kişilər, 2 649 641-i (50,83 %) isə qadınlardır. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici siyahılarına adları daxil edilən seçicilərin sayı 4 972 356 olub.

Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairənin 5426 məntəqəsini əhatə edəcək. Bələdiyyə seçkiləri isə 5049 seçki məntəqəsində keçirilmişdi.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac