“Ermənilərin bu əndişəsi onların nə qədər saxtakar olduğunu göstərir” – Qarabağ icması bəyanat yaydı
(19-02-2020, 15:42)

“Ermənilərin bu əndişəsi onların nə qədər saxtakar olduğunu göstərir” – Qarabağ icması bəyanat yaydı“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistan siyasi dairələrinin icma sədri Tural Gəncəliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü ilə bağlı iddialarına münasibət bildirib.

İcmadan verilən məlumata görə, ermənilərin bu görüşlə bağlı yaydıqları məlumatlar tamamilə əsassızdır: “Son günlərdir ki, erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu haqqda press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərədə də şübhə ilə yanaşırlar”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac