Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü başlayıb
(10-04-2020, 14:07)

Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü başlayıbTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü başlayıb.

Görüşə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus qatılıblar.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Görüşün sonunda iştirakçılar tərəfindən Birgə Bəyannamə qəbul ediləcək.

Qeyd edək ki, fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac