“İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir” –Müfəttişlik
(25-09-2020, 11:08)

“İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir” –Müfəttişlikİşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdiri Elşən Tağıyev sosial şəbəkədə “Əmək qanunvericiliyi sistemində iş vaxtının tənzimlənməsi” mövzusuna həsr edilmiş canlı bağlantıda deyib.

Onun sözlərinə görə, işləyən 1 və 2-ci qrup əlillər üçün qısaldılmış, yəni 36 saat iş saatı müəyyən edilib.

E.Tağıyev qeyd edib ki, məzuniyyətə çıxan işçinin əvəzinə digər bir işçi artıq iş saatı ilə işləyə bilməz:

“İş saatının 12 saatdan çox olması qadağandır. Bu, artıq əməyin istismarıdır. Buna görə qanunvericlikdə hətta inzibati məsuliyyətin tətbiqi nəzərdə tutulur. Belə hallarda işəgötürən müddətli müqavilə ilə işə başqa işçi cəlb edə bilər”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac