“Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb” –DSMF
(25-09-2020, 11:13)

“Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb” –DSMFBank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir. Pensiyaçının həmin vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər: “DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac