Sığorta vasitəçilərinə xəbərdarlıq edildi
(16-09-2016, 11:49)

Sığorta vasitəçilərinə xəbərdarlıq edildiMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən, sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılıb

Qanun-namine.info Trend-ə istinadən bildirir ki, monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilib.

Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olub.

Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq MBNP tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilib.


Ana səhifəyə qayıt
    Oxunub: 22053

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac