Su pulu elektron qaydada öyrəniləcək
(22-09-2016, 17:55)

Su pulu elektron qaydada öyrəniləcək“Azərsu” ASC tərəfindən “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlanılıb.

Qanun-namine.info xəbər verir ki, indiyədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər. Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq.

Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi www.e-gov.az portalının “bütün xidmətlər” bölməsində “Azərsu” ASC-ni, daha sonra “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış alınması” elektron xidmətini seçir. Növbəti mərhələdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş “Elektron imza” kartı, Asan imza və ya “Elektron Hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olub xidmətdən istifadə edə bilər.


Ana səhifəyə qayıt
    Oxunub: 28859

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac