Əhalinin diqqətinə: Prezident qaz və işıqla bağlı limitləri artırdı - yeni rəqəmlər
(23-12-2016, 12:54)

Əhalinin diqqətinə: Prezident qaz və işıqla bağlı limitləri artırdı - yeni rəqəmlərPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib.
Qanun-namine.info AzərTac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, iclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb: "Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac