İcbari tibbi sığortanı ödəməkdən nə zaman imtina oluna bilər?
(29-12-2016, 11:17)

İcbari tibbi sığortanı ödəməkdən nə zaman imtina oluna bilər?
İcbari tibbi sığortanın pilot layihə şəklində icrasına 2017-ci ilin yanvarından 1-də başlanılacaq və bu proses 2018-ci il fevralın 1-də başa çatacaq

Bu, dövlət başçısının 2016-cı il 28 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihədə öz əksini tapıb.

Layihədə qeyd edilib ki, pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarının tətbiqi qaydası Agentlik tərəfindən müəyyən edilir.
Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə qurumlarının xərclər smetasında nəzərdə tutulmuş məbləğ ilə Agentlik tərəfindən həmin qurumlara verilmiş sığorta ödənişlərinin məbləği arasında fərq yarandığı halda, həmin fərqin aylıq əsaslarla maliyyələşməsi Agentlik tərəfindən təsdiq edilmiş pilot layihə büdcəsinin vəsaitləri hesabına həyata keçirilir.
Agentlik aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir:

- sığorta tələbi baza zərfinə daxil olmayan tibbi xidmət ilə bağlı olduqda;
- sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
- sığorta hadisəsinin baş vermədiyi aşkar edildikdə;
- tibb təchizatçıları tərəfindən göstərilən tibbi xidmətlərə dair düzgün olmayan məlumatların Agentliyə təqdim edildiyi aşkar edildikdə.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac