Əmək pensiyaları artırıldı - Sərəncam
(7-02-2019, 20:32)

Əmək pensiyaları artırıldı - SərəncamPrezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Qanun-namine.info xəbər verir ki, Sərəncamda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsini və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə həvalə edilib.


Ana səhifəyə qayıt
    Oxunub: 2001

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac