Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlər
(13-03-2019, 13:17)

Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlərAzərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək.

Qanun-namine.info xəbər verir ki, bu barədə Milli Məclisin (MM) İnsan Hüquqları komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə nəzərdə tutulan düzəlişlər “Peşə təhsili haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir.

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.


Ana səhifəyə qayıt
    Oxunub: 2436

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac