Kartof, soğan və kələmin qiymətləri ucuzlaşdı –Yeni qiymətlər
(16-04-2019, 17:58)

Kartof, soğan və kələmin qiymətləri ucuzlaşdı –Yeni qiymətlərİqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri kartof, soğan və kələmin qiymətlərində baş verən bahalaşma ilə bağlı birgə açqlama yayıblar.

Qanun-namine.info xəbər verir ki, məlumatda bu ilin mart ayının sonunda və aprel ayının əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunduğu vurğulanıb və qeyd edilib ki, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir:

“Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 0,79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 1,09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1,00 manatdan, marketlərdə isə 1,29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir”.


Ana səhifəyə qayıt
    Oxunub: 783

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac