Dövlət qurumları bu avtomobilləri ucuz qiymətə satır - ELAN
(14-05-2019, 11:46)

Dövlət qurumları bu avtomobilləri ucuz qiymətə satır - ELANBaş prokurorluq, Statistika Komitəsi və iki nazirlik balansında olan bəzi avtomobilləri satışa təqdim edib.

Qanun-namine.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bu məqsədlə 11 iyun tarixində keçirəcəyi avtomobil hərracına ümumilikdə 14 avtomobil təqdim edilib.

Onlardan 8-i Daxili İşlər Nazirliyinə, 2-si Statistika Komitəsinə, 3-ü Baş prokurorluğa, 1-i isə Təhsil Nazirliyinə məxsusdur.

DİN-in hərraca çıxardığı avtomobillər arasında yük maşınları da var. “Kamaz”, “Ural”, “Zil” markalı avtomobillərdən başqa DİN auksiona UAZ və VAZ avtomobilləri də təqdim edib.

Baş prokurorluq hərraca 3 ədəd “Volksvagen Passat”, Statistika Komitəsi 2 ədəd VAZ, Təhsil Nazirliyi isə 1990-cı il istehsalı olan MTZ-80 avtomobili təqdim edib.

Hərracın ən bahalı maşını Baş Prokurorluğun “Volksvagen Passat”ıdır ki, onun da qiyməti cəmi 7500 manatdır.


Ana səhifəyə qayıt
    Oxunub: 6351

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac