Saathesabı dərs deyən müəllimlərin maaşı belə hesablanacaq
(9-08-2019, 10:48)

Saathesabı dərs deyən müəllimlərin maaşı belə hesablanacaqBüdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri yenidən müəyyən edilib.
Qanun-namine.info xəbər verir ki, Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ni yeni redaksiyada təsdiq edib.

Qərara əsasən, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələrə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 10,30 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,80 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 5,30 manat olub.

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat olub.

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6,80 manat olub.

Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 7,80 manat, geyimsiz naturada isə 12,90 manat məbləğində müəyyən olunur.

Qeyd edək ki, qərar sentyabrın 1-dən qüvvəyə minir.


Ana səhifəyə qayıt
    Oxunub: 1827

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac