Bayram günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək
(9-08-2019, 11:25)

Bayram günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcəkQurban bayramı ərəfəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laboratoriyaları pulsuz xidmət göstərəcək.

Bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Q.Əbdüləliyevin sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək:

“Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda 5 manat, xırdabuynuzlu heyvanlarda isə 4 manat dövlət rüsumu ödənilir”.


Ana səhifəyə qayıt
    Oxunub: 1479

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac