Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLAR
(15-08-2019, 17:11)

Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLARPaytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

Qanun-namine.info xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək: "Kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir.

Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır.

Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.

Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib. Sabunçu rayonunda isə yeddi bina kəskin qəzalı vəziyyətdədir.

Bunlar Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8A, Sabunçu qəs. 2 Aprel küçəsi-18, Sabunçu qəs. D.Pişəvari küçəsi 13Q, Sabunçu qəs. D.Pişəvari küçəsi 15 ünvanlarındakı köhnə tikililərdir.

Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib.

Bunlar Suraxanı rayonu Park küç-32, S.Bəhlulzadə dön-17 ev- 15, İ. Məmmədov küç. 6, İ. Məmmədov küç-8 ünvanlarındakı kəskin qəzalı binalardır.

Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək.

Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək”.


Ana səhifəyə qayıt
    Oxunub: 1827

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac