Azərbaycanda daha 9 “ASAN xidmət” mərkəzi açılacaq
(6-03-2020, 14:30)

Azərbaycanda daha 9 “ASAN xidmət” mərkəzi açılacaqGələn ilin sonuna qədər "ASAN xidmət" mərkəzlərinin sayı 27 olacaq.

Qanun-namine.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, onlardan bir neçəsi bu il, digərləri isə gələn il istifadəyə veriləcək: "Bu il Ağcabədi, Balakən və Bakı şəhərində 2 mərkəzin açılışı nəzərdə tutulur. Növbəti ildə Salyan, Lənkəran, Naxçıvanda, eyni zamanda Gəncə və Sumqayıtda əlavə bir mərkəz istifadəyə veriləcək".

Qeyd edək ki, hazırda “ASAN xidmət” mərkəzlərinin sayı 18-dir. Onlardan 5-i paytaxt Bakıda, digər 13-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzda yerləşir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac