Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı - SİYAHI
(12-03-2020, 10:13)

Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı - SİYAHIPrezident İlham Əliyev "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Qanun-namine.info xəbər verir ki, sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik:

Ağdaş rayonu

1. Ağcaqovaq kəndi
2. Aşağı Qobuüstü kəndi
3. Eymur kəndi
4. Ərəbşəki kəndi
5. Hacılar kəndi
6. Qobuüstü kəndi
7. Malay kəndi
8. Mürsəl kəndi
9. Şıxlı kəndi
10. Yenikənd kəndi
11. Yuxarı Nemətabad kəndi

Göyçay rayonu

1. Yenikənd kəndi


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac